CRMSalesforce

Dataların Vahid Bir Nöqtədən İdarə Olunması

By June 27, 2017 No Comments

Salesforce bloquna xoş gəlmişsiniz

Bu yazıda Salesforce və dataların vahid bir sistemdən idarə olunmasının faydalarından danışacayıq.

Salesforce vasitəsi ilə siz müştərilərinizin 360 dərəcəlik görünüşünü əldə edə bilir və bu məlumatlarla işinizə əlavə dəyər qata bilirsiniz.

Əgər siz müxtəlif sistemlər vasitəsi ilə öz işinizi aparırsınızsa, bu sizin müştəri datalarınızın fərqli yerlərdə toplanmağı deməkdir. Sizin datalar elektron məktublarda, excel cədvəllərdə, fərqli databazalarda və ya kağızlar arasında tozlanmaqdadır. Bir işi fərqli sistemlərdə aparmaq datanı anlamaq və müştərilərlə münasibətlərin ümumi icmalını görmək üçün maneədir. Datalarınızın Salesforce sistemində cəmləşməsi ilə siz, tək bir resursdan doğru və detallı məlumatlar əldə edə biləcəksiniz.

Salesforce ilk yarandığı gündən bəri “oyun”-nun qaydalarını dəyişdirmişdir. Müştəri datalarını istədiyiniz yerdən, istədiyiniz cihazdan və vahid bir nöqtədən yaradmaq, izləmək və təkmilləşdirmək imkanınız vardır.

Hər hansı bir proqram yükləməyinizə ehtiyac yoxdur. Sizə internet və veb brauzer kifayət edir.

Salesforce nədir?

Salesforce müştərilərinizlə satış, xidmət, marketinq, analiz və əlaqə qurmağınıza kömək etmək üçün hazırlanmış uğurlu müştəri platformasıdır.

Salesforce işinizi hər yerdə istədiyiniz zaman apara bilməiyiniz üçün ehtiyac duyduğunuz hər şeyə sahibdir. Standart məhsul və xüsusiyyətlərdən istifadə edərək, potensiallar və müştərilərlə əlaqələri idarə edə, əməkdaşlar və tərəfdaşlarla daha məhsuldar işləyə bilər və məlumatlarınızı təhlükəsiz cloud sistemlərdə saxlaya bilərsiniz.

Lakin standart məhsullar və xüsusiyyətlər yalnız başlanğıcdır. Platform müştəriləriniz, tərəfdaşlarınız və işçiləriniz üçün keçirəcəkləri təcrübəni özəlləşdirməyə və fərdiləşdirməyə imkan verir və asanlıqla standartdan kənara çıxa bilir.

Yaxşı, bəs dataların vahid bir sistemdən idarəsi nə deməkdir? Salesforce-dan əvvəl sizin kontaktlarınız, e-poçtlarınız, icra etməli olduğunuz tapşırıqlar və potensial müştərilərinizlə sazişləriniz təxmini bu formada idi:

Əgər sizin datalarınız excel cədvəllərdə, e-poçtlarınızın arasında və ya ismarışlarda, ya da kiçik qeyd kağızlarının arasındadırsa, müştərilərlə və beləcə biznesinizlə bağlı böyük xəritəni görməyiniz olduqca çətindir. Əlbəttə ki, sizin istədiyiniz zaman və istədiyiniz yerdən bu məlumatlara çıxışınız olmayacaq, əməkdaşlarınızın performansını görə bilməyəcək və ən əsası, ölçə bilməyəcəksiniz. Təbii ki, tək-tək zəng edərək işinizlə bağlı yeni məlumatlar əldə edə bilərsiniz 🙂

Salesforce, bu vacib məlumatların hamısını götürür və sadə bir istifadəçi interfeysi halına salır. Bütün məlumatlar sizin üçün artıq bir yerdədir:

  • Bütün kontaktlarınızın idarəsi
  • Potensial müştərilərinizlə iş
  • Görüləsi işlərin və tapşırıqların idarəsi
  • Əhəmiyyətli işlərin sistem tərəfindən tənzimlənməsi
  • Komanda ilə faydalı iş
  • Uğurlu işlərinizin hesabatları
  • Beləcə daha çox satış

Uzun sözün qısası, Salesforce bütün işlərinizi sadəcə bir nöqtədən apara bilməyiniz üçün ideal platformadır. Datalar Dünyanın ən təhlükəsiz buludlarında yığıldığından, siz məlumatlarınıza istədiyiniz zaman, istədiyiniz yerdən və istədiyiniz alətdən çata bilərsiniz.

Bütün məlumatlar vahid bir yerə – Salesforce-a daxil olduğu zaman, hansısa məlumat itkisindən narahat olmağınıza ehtiyac qalmır. Artıq rəhbərinizi işinizlə bağlı davamlı olaraq məlumatlandırmağınıza da ehtiyac yoxdur, bunun əvəzinə o öz panelindən (dashboard) bütün baş verənləri “real-time” izləyə biləcək.

Növbəti yazılarda CRM və onun idarə olunması, faydalı və işinizi asandlaşdıra biləcək yazılarla qarşısınızda olacayıq.

Əgər Salesforce-la maraqlanırsınızsa və test etmək istəyirsinizsə, bizə aşağıdakı ünvanlardan müraicət edə bilərsiniz:

bit.ly/NubessomLinkedIn – fb.com/nubessom – info@nubessom.com