CRMSalesSales AutomationSales CloudSalesforceSalesforce solutions

“Sales Cloud” Platforması ilə Tanışlıq

By July 7, 2017 No Comments

Başlayaq Lap Əvvəldən. “Sales Cloud” Platforması Nədir?

“Sales Cloud? Axı biz Salesforce haqqında öyrənmək istəyirik” deyə düşünürsünüzsə, tələsməyin. Gəlin lap əvvəldən başlayaq.

  • CRM, müştərilərlə əlaqələrin idarə edilməsi deməkdir. Həm də, müştərilərinizlə bağlı bütün məlumatınızı vahid bir yerdə tutan sistemdir, beləcə əmədakdaşlarınız müştərilərlə bağlı bütün dataları görüb işlərini apara bilərlər. Müştəriləri tanımaq və onlarla fərdiləşdirmiş münasibət qurmaq onları xoşbəxt edir.
  • Salesforce, cloud üzərində CRM qurmuş ilk şirkətdir. Beləliklə sizin CRM-iniz həmişə onlayndır. İstədiyiniz cihazdan və 24/7 Dünyanın istənilən yerindən sistemə daxil ola bilərsiniz.
  • Sales Cloud platforması Salesforce-un təklif etdiyi CRM sisteminin bir hissəsidir. Sales Cloud platforması xüsusi olaraq satış komandaları üçün yaradılmışdır. Bu bizim ən populyar məhsulumuz olduğundan bir çox insan Sales Cloud-a Salesforce deyir.

Sales Cloud Platformasının Sizə Uyğunluğunu Necə Bilə Bilərsiniz?

Siz Sales Cloud platformasının nə olduğu ilə qismən tanış oldunuz. Yaxşı, bu platformanın sizə uyğunluğunu necə bilə bilərsiniz? Biznesinizdəki iş və fəaliyyət qaydalarını düşünün və ofisinizə bir göz gəzdirin. Müştəriləri daha ciddi və peşəkar izləmək üçün dəyişdirməli olduğunuz aşağıdakı klassik və köhnəlmiş müştəri izləmə üsullarını görürsünüzmü?

  • Müştəri məlumatları ofisin hər yerinə dağılıb. Çox dəyərli olan müştərilərlə bağlı məlumatlar balaca yapışqan qeyd kağızlarında, Excel cədvəllərdə və sizin emaillərinizdədirsə, müştərilərlə bağlı qərarlarda böyük xəritəni görmək olduqca çətin olacaqdır.
  • Siz kritik məlumatları itirirsiniz. Müştəri məlumatları müxtəlif yerlərdə cəmlənəndə və ya əməkdaşlarınızın yaddaşlarında olanda, əhəmiyyətli məlumatlar itə bilər, ya da heç diqqət çəkməyə bilər. Bir gün əməkdaşlarınızla yollarınızı ayırmalı olsanız, onun yaddaşı ilə birgə sizin datalarınız da şirkətdən gedəcək 🙂
  • Sürətli ölçə bilmirsiniz. Əgər satışlarınız artsa və komandanız sürətlə böyüməyə başlasa nə baş verəcək? Əvvəla iş masanızın arxasında ürəyinizcə sevinin. Ancaq növbəti addım olaraq özünüzə bu sualı verin: Mövcud satış proseslərinizi ölçə bilirsinizmi? Biznesinizlə birgə böyüyə bilən bir sistemə sahib olduğunuzdan əmin olun.
  • Hesabatların hazırlanması bezdirici və yorucu bir prosesdir. Satış komandanızındakı əməkdaşların hər birinin hədəflərinə nisbətdə necə bir performans həyata keçirdiklərini öyrənmək istəyirsiniz, amma bütün bu yorucu hesabatları əllə hazırlamağa kimin zamanı varki? Satış prosesinizin efektivliyini ölçmək istəyirsiniz, amma suallarınıza dəqiq cavab verəcək alətləriniz yoxdur. Bu bezdirici hekayələrin təkrarlanmağını istəmirsinizsə, nələrisə dəyişməlisiniz.
  • Hansısa bir sazişi bağlamaq üçün mütləq masanızın başında olmalısınız. Gəlin etiraf edək ki, hələ də satışdakı bəzi adamlar “floppy” disk gəzdirir, saat 9-dan 6-ya qədər işləyir və işlərinin 100%-ini kompyuterin arxasında edir. Bir dəqiqə, axı bəyəm biz 1999-cu ildəyik? Mobil, “olsa yaxşı olardı” deyil, zərurətdir. Müasir satıcılar mobil telefonlar vasitəsi ilə bir-birləri ilə data paylaşır, təsdiq alır, müştərilər haqqında detallı məlumat öyrənir və satış edirlər.
  • Status-kvoların arasına sıxışırsınız. Sizin biznesiniz unikal ehtiyacları var, beləcə proseslərinizə, müştərilərinizə və komandanıza uyğun özəlləşdirə biləcəyiniz və sizin fəaliyyətinizi artıra biləcək bir sistemə ehtiyacınız var.

Əgər bütün bu hallar tanışdırsa, ümidsiz olmayın, işinizi dəyişməyə ehtiyac yoxdur. Sales Cloud məhz bu problemləri həll etmək üçün hazırlanmışdır.

 

Sales Cloud Platforması Satışlarınızı Artırmağa Necə Yardımçı Ola Bilər

Hər gün bir neçə iş saatımız var və bizim satış komandamız bu dəyərli zamanı sırf satış üçün xərcləməlidir.

Orta hesabla, satış konsultantları zamanlarının 64%-ini qeyri-satış məsələlərinə sərf edirlər. Second Annual State of Sales by Salesforce Research

Gəlin baxaq görək Sales Cloud platforması bizlərin zamanımızı daha çox satış üçün sərf edə bilməmizə necə yardımçı olur:

Sales Cloud platforması bütün müştəri məlumatlarını bir yerə toplayır, hətta satış ehtimalı ən yüksək müştərilərlə bağlı ağıllı xəbərdarlıq sistemi sizə məlumat verir. İşinizin necə getdiyi ilə bağlı “real-time” hesabatları görə biləcək və intuitiv iş mühiti məhsuldar olmağınıza kömək edəcəkdir.

Sadəcə təsəvvür edin ki, bütün bu faydalı funksiyalar necə sizin və əməkdaşlarınızın məhsuldarlığını artıra bilər. Şirkətinizin satışları və iş həcmi artdığı təqdirdə də, artıq CRM infrastrukturunuz hazır vəziyyətdə olacaq. Sales Cloud Platforması sizə daha ağıllı, daha sürətli və istədiyiniz peşəkar üsulla satışa kömək edə bilər.