CRMSalesforce

CRM Haqqında Məlumat Kitabçası – Giriş

By July 26, 2017 No Comments

CRM sadəcə son onilliklər ərzində işgüzar aləmdə, o cümlədən satış biznesində yeri gəldi-gəlmədi işlədilən, bir çox kontekstdə hallandırılan hərf yığını deyil.

C-R-M abreviaturası ingilis dilində “Customer Relationship Management” sözlərinin baş hərflərindən yaranıb. Mənası, Müştərilərlə Əlaqələrin İdarə Olunmasıdır.

CRM sisteminin tətbiqi gizli sxem əsasında baş vermir. O, sadəcə olaraq müştərilərinizlə bağlı həlledici əhəmiyyət daşıyan məlumatların əksəriyyətini bir yerə toplayaraq idarə edən bir sistemdir. Bu proqramı açdıqdan sonra digər proqramlara keçmədən müştərilərin əlaqə məlumatlarını nəzərdən keçirə, elektron məktub göndərə, sosial şəbəkə hesablarındakı yeni məlumatları oxuya, bu və ya digər məsələlərin həlli ilə məşğul ola, şirkətinizin fəaliyyət göstəricilərini izləyə, digər çox sayda funksiyalardan faydalana bilərsiniz. Düzgün seçilmiş CRM proqramı satış fəaliyyətinin effektivliyini artıra bilər. CRM proqramı daha çox sayda sövdələşmələr bağlamanızı, satışları artırmanızı mümkün etməklə yanaşı  proqnozlarınızın dəqiqliyini də artırır.

Bəs CRM proqramına yatırım etməyin zamanıdırmı?

Növbəti bir neçə bloq yazısı bu sualın cavabına fokuslanacaq. Növbəti yazılarda aşağıdakı mövzular nəzərdən keçiriləcək:

  • Şirkətinizin CRM-ə ehtiyacı olduğundan xəbər verən əlamətlər
  • CRM satışları və məhsuldarlığı necə artıra bilər
  • CRM strategiyasının formalaşdırılması
  • ROI-i maksimum səviyyəyə yüksəltməyin yolları

Beləliklə, növbəti yazılarımızda şirkətinizin CRM-ə ehtiyacı olduğunu göstərən 7 əlamətdən danışacayıq.