Yəqin ki, indiyədək belə bir deyimi çox eşitmisiniz: “Bir sutka 24 saatdan çox olsaydı, nə gözəl olardı”.

Bu deyim, vaxtın sözün əsl mənasında pulla ölçüldüyü satış dünyası üçün xüsusilə aktualdır. Vaxtdan nə qədər effektiv və səmərəli istifadə etsəniz satışın ümumi məbləğini göstərən qrafada daha yaxşı nəticələr nümayiş etdirərsiniz. Mütəmadi olaraq yeni potensial müştərilərin yolunu açan, satışlara sərf olunan vaxtı artıran, sövdələşmələrin sürətlə bağlanması üçün lazım olan bütün məlumatları satış təmsilçilərinə təqdim edən kiçik sahibkarlıq müəssisələri daha sürətlə böyüyür. CRM üzrə proqramdan da məhz bu məqsədlə istifadə edilir.

“Pipeline”

Yeni müştərilərin mütəmadi olaraq qazanılması üçün vaxt ayırmaq kiçik müəssisələrin satış heyəti üçün çox çətin ola bilər. Bu çətinliklər aşağıda sadalanan məsələlərdən qaynaqlana bilər:

  • Maraqlanan müştərinin düzgün satış təmsilçisinə yönəldilməməsi
  • Potensial müştərilər haqqında kifayət qədər məlumatın olmaması
  • Potensial müştəri ilə əlaqə saxlamazdan əvvəl onun haqqında kifayət qədər məlumat toplamamaq
  • Satış “pipeline”-ında şəffaflığın zəif olması və düzgün proqnozlaşdırmanın aparılmaması

CRM proqram təminatı potensial müştərilər haqqında məlumatların saxlanmasını və hər bir sövdələşmə zamanı istifadə olunmasını təmin edir.  Bundan başqa, proqram şəffaflıq və proqnozlaşdırma ilə bağlı göstəriciləri qısa müddət ərzində hazırlaya bilir.

 

Satışlara sərf olunan vaxt

Əlbəttə, satış təmsilçilərinin satışı reallaşdırmaq üçün vaxta ehtiyacı var.  Satış prosesini reallaşdıran kadrların üzləşdiyi bəzi “zaman tələləri”-ni keçmək çətin olsa da, onların əksəriyyətinin öhdəsindən asanlıqla gəlmək olar:

Satış heyəti üçün son dərəcə çətin olan proseslərdən biri də, informasiya mübadiləsidir. Ancaq təəccüblüdür ki, çox az satış heyəti gündəlik işində smartfon və planşetlərdən istifadə edir.  Mobil vasitələrə keçid zaman itkisini minimuma endirməklə yanaşı informasiya mübadiləsini sürətləndirə bilər.

  • Mütəmadi olaraq təkrar edilən proseslərin avtomatlaşdırılması satış heyətinə imkan verir ki, sövdələşmələrin bağlanmasına daha çox diqqət ayırsın.
  • Satış təmsilçilərinin məlumatları paylaşması və əlaqə saxlaması üçün vahid kanalın təmin edilməsi sonsuz elektron məktub dövrələrindən qurtulmağa imkan verir və telefonların məşğul olması kimi problemləri aradan qaldırır.

Düzgün layihələndirilmiş CRM sistemi bulud texnologiyası vasitəsi ilə istənilən yerdə istənilən vaxt mobil rabitə cihazlarına qoşula bilir və nəticədə bütün satış heyəti eyni səhifədən, eləcə də ən son məlumatlardan istifadə edə bilir.

 

Daha ağıllı sistemlər

Süni zəka texnologiyalarının yaratdığı imkanlardan faydalanan şirkətlər müştərilərinin gözlədiyi müasir xidməti təmin etmək iqtidarındadır.  Tarixdə ilk dəfədir ki, kommersiya müəssisələri analitik vasitələrdən, hesablama vasitələrindən və digər kompüter texnologiyalarından asanlıqla istifadə edə bilir. Bu, onların müştərilərlə əlaqələrə yanaşma tərzində də əsaslı dəyişikliklərə səbəb olur.  Süni zəka bu lider şirkətlərin müştərilər və onların nələrə üstünlük verdiyi haqqında vacib məlumatları müəyyən etməsinə, müştərilərlə əlaqələrin inkişafı üçün ən yaxşı tədbirləri proqnozlaşdırmasına yardım etməklə yanaşı  satışların məhsuldarlığını artıra biləcək tədbirləri tövsiyə edir və həmin tədbirlərin avtomatlaşdırılmış şəkildə həyata keçirir.

CRM sistemində süni zəka texnologiyalarından necə istifadə olunur?  Təsəvvür edin ki, satış prosesinin hansı mərhələsində meydana gəlməsindən asılı olmayaraq müştərinin dəstək tələbindən tutmuş potensial müştərilərin Tvitlərinə qədər bütün siqnalları real vaxt rejimində qəbul edə bilirsiniz.  Sonra da təsəvvür edin ki, CRM sistemindən məlumatları alaraq hər bir məlumat nöqtəsini təhlil edə və hər bir müştəri haqqında tam məlumat əldə edə bilirsiniz.  Bu,  müştərilərlə və potensial müştərilərlə əlaqə qurmağın tamamilə yeni və müştərilərlə uğurlu iş erasını reallaşdıran zəkanın hərəkət verdiyi üsuludur.

Süni zəka texnologiyaları bütün sahələrdə satış təmsilçiləri üçün geniş imkanlar yaratmaqdadır.  Süni zəka texnologiyaları aşağıdakı üç yolla satış təmsilçilərinin daha çox satış sövdələşməsi bağlamasına şərait yaradır:

  • Datalar avto rejimdə sistemə daxil olunur və nəticədə təmsilçilər ilk növbədə ən perspektivli “maraqlanan müştərilərlə”  məşğul ola bilir.
  • Süni zəka elementlərinin tətbiq edildiyi satışlar, satış təmsilçilərinin yeni imkanlardan istifadə etməsi və potensial satış göstəricilərini proqnozlaşdırmasına şərait yaradır.
  • Rəqəmsal köməkçilər hər bir potensial müştəri və cari müştəri haqqına yenilikləri təhlil edir.

Potensial müştərilərlə iş sistemini uğurlu sistemləşdirmək, onları maraqlandıran təqdimatlarla çıxış edə bilmək üçün müştərilər haqqında vacib məlumatlardan xəbərdar olmalısınız.