CRM məhsuldarlığı necə artırır? (İkinci Fəsil)

By | CRM, Sales, Sales Automation, Sales Cloud, Salesforce

Yəqin ki, indiyədək belə bir deyimi çox eşitmisiniz: “Bir sutka 24 saatdan çox olsaydı, nə gözəl olardı”.

Bu deyim, vaxtın sözün əsl mənasında pulla ölçüldüyü satış dünyası üçün xüsusilə aktualdır. Vaxtdan nə qədər effektiv və səmərəli istifadə etsəniz satışın ümumi məbləğini göstərən qrafada daha yaxşı nəticələr nümayiş etdirərsiniz. Mütəmadi olaraq yeni potensial müştərilərin yolunu açan, satışlara sərf olunan vaxtı artıran, sövdələşmələrin sürətlə bağlanması üçün lazım olan bütün məlumatları satış təmsilçilərinə təqdim edən kiçik sahibkarlıq müəssisələri daha sürətlə böyüyür. CRM üzrə proqramdan da məhz bu məqsədlə istifadə edilir.

Read More

CRM-ə Ehtiyacınız Olduğunu Göstərən Əlamətlər (Birinci Fəsil)

By | CRM, Sales, Sales Automation, Sales Cloud, Salesforce

Kommersiya qurumları bir qayda olaraq fəaliyyətinə sadə satıcı-müştəri sxemi ilə başlayır.

İlkin mərhələdə Excel proqramının elektron cədvəllərindən istifadə etmək və ya müştərilər, sifarişlər haqqında qısa məlumatları qeyd kitabçalarına yazmaq kifayət edir.  Ancaq şirkət böyüdükcə məlumatların bu üsulla qeydə alınması istədiyiniz kimi hərəkət etməniz üçün kifayət etmir.  Bu köhnə üsullardan artıq imtina etməli və müştərilərlə əlaqələrinizi daha effektiv şəkildə idarə etməli olduğunuzdan xəbər verən əlamətlərdən bəziləri bunlardır:

Read More

CRM Haqqında Məlumat Kitabçası – Giriş

By | CRM, Salesforce

CRM sadəcə son onilliklər ərzində işgüzar aləmdə, o cümlədən satış biznesində yeri gəldi-gəlmədi işlədilən, bir çox kontekstdə hallandırılan hərf yığını deyil.

C-R-M abreviaturası ingilis dilində “Customer Relationship Management” sözlərinin baş hərflərindən yaranıb. Mənası, Müştərilərlə Əlaqələrin İdarə Olunmasıdır.

Read More